Şimal-Cənub dövlətlərarası yolunda iş aparan inşaatçılar Aştarak-Ucan sahəsini bağlayıblar. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Armenpress” ilə söhbətində “Çiçəklənən Ermənistan” partiyasının deputatı Qevorq Qorqisyan deyib.
“Yol, avqust ayından bu vaxta qədər əmək haqlarını ala bilməyən inşaatçılar tərəfindən bağlanıb. Dekabrdan artıq bu sahədə işlər dayandırılıb”-deyə Qorqisyan bildirib.
Deputat qeyd edib ki, etiraz aksiyası iştirakçıları hakimiyyət nümayəndələrindən biri ilə görüş tələbi ilə çıxış edirlər. Məqsədləri də odur ki, öz suallarına cavab alsınlar və bilsinlər görək onları bundan sonra nə gözləyir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB