Ermənistanda korrupsiya sxemi

Ermənistanın Baş Prokurorluğu "Yüksək Gərginlikli Elektrik Şəbəkələri" QSC-də böyük korrupsiya sxeminin aşkarlandığını bəyan edib. SİA-nın məlumatına görə bu barədə Ermənistana məxsus lragir.am saytında məlumat yayımlanıb.

Məlumatda deyilir ki, baş prokurorluğun mətbuat xidmətində qeyd olunduğu kimi, sxem uzun illərdir fəaliyyət göstərir. Tədqiqatın materiallarına əsasən, qeydiyyatla bağlı işin gedişi zamanı QSC-nin məsul şəxsləri sənədləri hazırlayıb pulları ciblərinə qoyublar. Bu sxemlə böyük bir məbləğdə vəsait mənimsənilib. Bununla yanaşı, direktorun yaxın adamları müxtəlif vəzifələrə təyin edilib, lakin işə gəlmədiklərinə baxmayaraq mütəmadi olaraq əmək haqlarını alıblar.

Bu və digər faktlar üzrə 2018-19-cı illərdə 7 cinayət işi başlanıb. Bu hallara görə ziyanın miqdarı 109 milyon dram təyin edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə