Qarabağ və Respublika uğrunda hərəkatın liderləri bir araya gəlib

Qarabağ və Respublika uğrunda hərəkatın liderləri bir araya gəlib

Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasının təşəbbüskarı olan 4 siyasi partiyanın sədri Ümid Partiyasının qərargahında toplantı keçirib.

Ümid Partiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr Əli Əliyevin, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın iştirak etdikləri toplantıda Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası məqsədi ilə görülməsi nəzərdə tutulan işlər, rəsmi sənədlərin və əsasnamənin hazırlanması məsələləri müzakirə olunub.

Partiya rəhbərləri eyni zamanda hərəkatın bərpasından sonra yaradılması nəzərdə tutulan strukturların hansı şəkildə formalaşdırılması haqqında da fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə