Ermənistanın keçmiş xarici işlər naziri: “ATƏT-in Minsk qrupunun həmsədrləri saxtakarlıqla məşğuldur”
"Əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı narazılıqları varsa, onda bu komitənin yenidən bağlanması üçün hər şey etsinlər". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri saxtakarlıqla məşğuldur: "Mən burada nəsə saxtakarlığın baş verdiyini hiss edirəm".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Ermənistan Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasının əleyhinə səs versə də Alt Komitənin fəaliyyəti yenidən bərpa edilib. İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa isə komitənin yeni sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB