Qiuli Alasaniya: “Gürcüstan və Azərbaycan arasında çox mühüm və əhəmiyyətli əlaqələr mövcuddur”

Qiuli Alasaniya: “Gürcüstan və Azərbaycan arasında çox mühüm və əhəmiyyətli əlaqələr mövcuddur”
Gürcüstan və Azərbaycan universitetləri arasında çox mühüm və əhəmiyyətli əlaqələr mövcuddur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mixail Saakaşvilinin anası, "Gürcüstan və Azərbaycan Dostluq Evi"nin rəhbəri Qiuli Alasaniya məlumat verib. O bildirib ki, Azərbaycana səfərinin məqsədi müxtəlif sahələrdə ölkəmizə kömək etmək və dostlarla ünsiyyət saxlamaqdır. Azərbaycan Milli Elmlər Akademiyası, Ombudsman və Maliyyə Nazirliyi ilə görüşlər keçirdiyini deyən qonaq vurğulayıb ki, burada müxtəlif mövzular üzrə müzakirələr aparılıb.

"Biz də böyük məmnuniyyətlə bu əməkdaşlığa qoşuluruq. Ölkələr arasındakı əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan və Gürcüstan prezidentləri çox yaxın dostdur və bu da iki ölkənin əməkdaşlığı, münasibətlərinin inkişafı üçün çox əhəmiyyətlidir", - deyə o əlavə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə