Qarsda ermənilərlə “dostluq” abidəsinin sökülməsi üçün rəsmi qərar qəbul edilib

Qarsda ermənilərlə “dostluq” abidəsinin sökülməsi üçün rəsmi qərar qəbul edilib

Türkiyənin Qars şəhərində ermənilərlə "dostluq" rəmzi olaraq ucaldılıb və Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu şəhərə səfəri zamanı sökülməsi barədə tapşırıq verdiyi abidənin ləğv edilməsi üçün şəhər bələdiyyə məclisi rəsmi qərar qəbul edib.

SİA-nın məlumatına görə, Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş keçirdiyi mətbuat konfransında bildirib ki, bələdiyyə məclisinin 23 üzvündən 19-u bu abidənin sökülməsi lehinə səs verib. Sədr deyib ki, ölçüsünə görə nəhəng olan abidə ayrı-ayrı hissələrə parçalanaraq sökülməlidir. Bunu təhlükəsiz və ətrafdakı tarixi abidələrə zərər vermədən həyata keçirmək üçün bir ay müddətində tender elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə