Emin Milli nəyə görə Əli Kərimlinin düşmənimə çevrildi? ANALITIK

Emin Milli nəyə görə Əli Kərimlinin düşmənimə çevrildi? ANALITIK

Meydan TV-nin sabiq rəhbəri AXCP sədrinin təlimatı ilə söyüş hədəfində

Meydan TV-nin istefa vermiş rəhbəri Emin Millinin radikal müxalifəti dağıdıcılıq əməllərindən əl çəkərək, normal siyasi mühitə uyğunlaşmaq çağırışları qarşı tərəfin kəskin qıcıqlanmasına səbəb olub. Hələ bir müddət öncədən, xüsusilə ölkədə dinamik islahatlara start verilərkən, iqtidarın bu siyasətinə dəstək verdiyini bəyan edən E.Milli dərhal AXCP sədri Əli Kərimlinin təlimatı əsasında onun trol dəstəsinin hücumlarına məruz qalmışdı. Lakin söyüşlər və həqarətlər səngiməmiş, onun növbəti çağırışı təhqir kampaniyasını yenidən gündəmə çıxardı. Ə.Kərimlinin söyüş şəbəkəsinin belə məsələlərdə dərhal ortaya çıxaraq, sosial şəbəkələrdə söyüş kampaniyalarına başlamaları arxasında dayanan amilin qarşı tərəfləri məhz bu vasitə ilə susdurulması fəndi istədiyi nəticəni verməsə də, AXCP sədri hələ də həmin fəndin ona səmərə verəcəyini düşünür.

Əli Kərimlinin aftafadaşıyan ləqəbli köməkçisi hücumlara start verib

Bu arada, Ə.Kərimlinin aftafadaşıyanı kimi tanınan köməkçisi, daha dəqiq desək trol qrupuna rəhbərlik edən İlham Hüseyn E.Millinin iqtidarın islahatlar siyasətinə dəstəyinə qarşı status paylaşıb və yazıb ki, o bu vasitə ilə iqtidarın hakimiyyətdə qalmasının tərəfdarı olduğunu sübuta yetirib. İ.Hüseyn E.Millinin daha öncələr hakimiyyətə qarşı qrantlar alıb siyasət yürütdüyünü iddia edib və onu dönük adlandırıb. “...Görünən budur ki, milli oğlanın da tələsən yeri yoxdur. Görünür, milli oğlan özü üçün yeni "həyat modeli" düzəltmək istəyir”, yazan AXCP sədrinin aftafadaşıyan ləqəbli köməkçisi nəticədə digər kərimovçulara da yol açıb.

Şahvələd Çobanoğlu və Rəşid Hacılı da oyunun içində...

Misal üçün, AXCP sədrinin əsas ruporlarından sayılan Şahvələd Çobanoğlu bunun ardınca yazıb ki, E.Milli iqtidarın siyasətini dəstəkləməklə xalqa zərbə vurub və s. Maraqlıdır ki, hələ də öz çirkin siyasətlərinə xalqın dəstək verdiklərinə inanan bu ünsürlər heç bir haqları olmadan, Azərbaycan xalqının adından danışmağa davam edirlər. Bu baxımdan, Ş.Çobanoğlu: "Emin Millinin son davranışları Azərbaycan xalqına arxadan zərbədir" deməklə, guya onu xalq düşməni elan edib. Halbuki, Ə.Kərimlinin özü dəfələrlə bildirib ki, onunla olmayanlar düşmənləridir. Onda belə çıxır ki, AXCP sədrinin düşməni Azərbaycan xalqıdır. Belə olan halda, onu dəstəkləyən bir neçə yüz, yaxud bir neçə min nəfəri isə bürövlükdə “xalq” adlandırmaq olmaz. Onlar sadəcə, Ə.Kərimlinin tronuna düşmüş siyasi bədbəctlər yığnağıdırlar. Əlbəttə ki, Ş.Çobanoğlu və sairləri də daxil olmaqla.

Elə AXCP sədrinin xaricdəki şəbəkəsinin təmsilçisi Rəşid Hacılı da həmin yığnağın tərkib hissəsidir. Daim hakimiyyəti söz azadlığının qarşısını almaqda ittuham edən R.Hacılı da qollarını çırmayıb, E.Millinin guya iqtidar cəbhəsinə keçdiyini iddia edib. Halbuki, E.Milli bu barədə bir kəlmə də olsun fikir bildirməyib.

Hakimiyyətə dəstək verənlər Əli Kərimlinin düşmənləri sırasında yer alırlar

Ancaq sonda ən maraqlı məqamı xatırlatmağın tam zamanıdır. Çünki elə də uzaq olmayan zamanlarda, lap dəqiq desək, iki-üç ay öncə yuxarıda sadalanan şəxslər və digər trollar E.Millini az qala “əsrin qəhrəmanı” obrazında təqdim edirdilər. İndi isə bu adam dönüb-olub satqın və xəyanətkar. Burada isə təəccüblü heç nə yoxdur. Sadəcə, uzun illər dövlətin maraqları əleyhinə işləyən E.Milli öz səhvini anlayıb və hakimiyyətin xalq üçün fəaliyyət göstərdiyini etiraf edib. Əgər kimlərsə xalqa, xalqın və dövlətin maraqlarına xidmət göstərirsə, yaxud hakimiyyətin siyasətini dərk edərək, yanlış yoldan geri çəkilirsə, həmin insanlar xalqın və dövlətin maraqlarını satan Ə.Kərimli və s. ünsürlərin gözlərində düşmənə çevrilirlər. Bu qədər bəsit...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə