Şahin Camalov: “Müxalif ünsürlərdən bir vasitə kimi istifadə olunur ” RƏY-ÖZƏL

Şahin Camalov: “Müxalif ünsürlərdən bir vasitə kimi istifadə olunur ” RƏY-ÖZƏL

“Dövlət və xalq haqqında bu və ya digər şəkildə təhqiramiz ifadələr işlədən hər hansı bir şəxs məsuliyyətə cəlb olunmalıdır”.Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib. Onun sözlərinə görə, dövlətin fəaliyyətinə kölgə salacaq xoşagəlməz fikirlər işlətmək vədövlətimizin dünyada ki, müsbət imicinə xələl gətirəcək addımlar atmaq yolverilməzdir: “Kimlər ki, xaricidə ki, “söyüş qrupu”nun üzvilərinə dəstək verirlər, onlar haqqında hüquqi ölçü götürülməlidir. Bu gün Azərbaycan dövlətinin inkişafını istəməyən və bu inkişafa kölgə salmaq istəyən xarici qüvvələr var. Həmin xarici qüvvələrin istəklərini reallaşdırmaq üçün daxili müxalif ünsürlərdən bir vasitə kimi istifadə olunur.Faktlarda təsdiq edir ki, ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirən insanların böyük əksəriyyəti bu cür hərəkətlər etmələrinin qarşılığında həmin xarici qüvvələr tərəfindən böyük maliyyə yardımları alırlar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə