"Ölkəmizin əbədi müstəqilliyinə görə Ulu Öndərə borcluyuq" AÇIQLAMA-ÖZƏL
“Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu olan dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənə və xalqa fədakar xidməti hər zaman mənim üçün örnək olub. Çünki Ulu Öndər Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənini təhlükələrdən xilas edib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev milli qürurumuzu özümüzə qaytarıb, azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa edib: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrədib. Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanıb”.
Tarixi nəzər salan deputat 1990-cı illərin əvvəllərini salaraq söyləyib ki, həmin dövrdə ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə, hakimiyyətə gəlmiş təsadüfi adamlar ölkəmizi uçurumun kənarına çəkib aparmışdı: “Belə bir vəziyyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Hətta, həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi”.
N. Həmzəyev qeyd edib ki, Ümummilli lider ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi: “Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi. Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB