Yevlaxda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib FOTOLAR

Yevlaxda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib FOTOLAR

YAP Yevlax rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirib

Yevlax rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibəti ilə silsilə tədbirlər davam edir. SİA xəbər verir ki, Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumşəhər məktəblilər arasında Şahmat turnirinə yekun vurulub. Bildirilir ki, artıq bir neçə illərdir ki, YAP Yevlax rayon təşkilatı bu çempionatı ənənəvi şəkildə təşkil edir. Yarışda Yevlax məktəbliləri öz bilik və bacarıqlarını sınayırlar. Şahmat çempionatda iki yaş qrupunda 94 nəfərdən artıq məktəbli öz qüvvəsini sınayıb. Yarış İsveç sistemi ilə keçirilib. Yarışların keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, onun dövlətçilik, azərbaycançılıq irsini, öyrənmək, öyrətmək, təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızdan istifadə etməkdir.

Tədbirdə YAP Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti onun idmana qayğısı haqqında nitq söyləyib. Natiq Ümummilli Lider Heydər Əliyevin əsasının qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdııb.

Sonra Yevlax şəhər gənclər idman idarəsinin rəisi Bünyamin Musayev yarış iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhvədir.

Yekunda qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə