"Heydər Əliyev fəlsəfəsi olub, var və həmişə də olacaq" ÖZƏL-MÜNASİBƏT-SƏS TV

"Heydər Əliyev fəlsəfəsi olub, var və həmişə də olacaq" ÖZƏL-MÜNASİBƏT-SƏS TV

“Bu gün ən yüksək səviyyəli nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus yeri tutması, Azərbaycanın bir dövlət kimi özünün sübutu, ölkəmizin xaricdə güclü beynəlxalq münasibətlərə təsir göstərmək imkanına malik olan bir məmləkət kimi təsdiqi Ümummilli Lider Heydər Əliyev fəlsəfəsi ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanın siyasi rəhbərliyi, onun Prezidenti cənab İlham Əliyev Heydər Əliyev fəlsəfəsini real həyata keçirir: “Bu millətimizə imkan yaradır ki, Azərbaycanın bayrağı bütün dünyada ən yüksək səviyyədə yüksəlsin. Ona görə də Heydər Əliyev fəlsəfəsi olub, var və həmişə də olacaq. Niyə? Çünki, Azərbaycan bir millət, dövlət kimi bu fəlsəfəyə söykənən, öz işlərini təşkil edən güclü bir məmləkətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə