"Prezident sosial problemlərin həlli üçün zəruri addımlar atır" ÖZƏL-ŞƏRH

"Prezident sosial problemlərin həlli üçün zəruri addımlar atır" ÖZƏL-ŞƏRH

"Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı hələ Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə dövlətin diqqət mərkəzində olub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet məsələ hesab edir.

Deputat bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin, eləcə də müharibə veteranlarının problemlərini daim diqqət mərkəzində saxlayır və onların həlli üçün zəruri addımlar atır: "Qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi, mənzil problemlərinin həlli, habelə məşğulluq məsələləri bunu təsdiq edir. Bu günə qədər dövlət başçısı bu sahədə bir sıra qərar və sərəncam imzalayıb".

E.Məmmədov bildirib ki, 2018-ci ildə minlərlə məcburi köçkün ailəsinə mənzil verildi. Bu il bu kateqoriyadan olan əhali üçün yaşayış binalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsinin davam etdirilməsi, yeni yaşayış məntəqələrinin yaradılması üçün kifayət qədər vəsait ayrılıb: "Əlbəttə ki, bizim əsas məqsədimiz və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət işğal olunmuş ərazilərin azad edilməsi və öz doğma torpaqlarımıza qayıtmağımız üçün bizə ümid verir. İnanırıq ki, gələcəkdə doğma torpaqlarımıza qayıtdıqdan sonra yaranacaq bütün problemlər ən yüksək səviyyədə həll ediləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə