"Azərbaycan mediası azad və müstəqildir. Azərbaycan jurnalistləri ölkədə baş verən istənilən hadisələrlə bağlı məlumatlar əldə edə bilirlər və onların ölkə, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında heç bir maneə ilə qarşılaşmırlar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
MŞ sədrinin sözlərinə görə, bu gün Azərbaycanda istənilən şəxs öz fikir və düşüncələrini məhz media, sosial şəbəkələr vasitəsilə ölkə ictimaiyyətinə çox asanlıqla çıxara bilirlər: "Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur. Ölkəmizdə senzura yoxdur. Bu gün Azərbaycan jurnalistikası peşəkar jurnalistikadır və dünyanın inkişaf etmiş jurnalistikasının ayrılmaz tərkib hissəsidir. Eyni zamanda ölkə jurnalistikası Azərbaycanda baş verən olayları ümummilli müstəvidə təhlillər edir, onu dünya və ölkə ictimaiyyətinə çatdırır və hadisələrə ümummilli maraqlardan baxan jurnalistikadır. Təbii ki, bu da kifayət qədər bizim üçün önəmlidir. Çünki Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır və 1 milyon 200 mindən çox qaçqınımız var. Bizim əsas vəzifəmiz Azərbaycanın bu problemlərini dünya ictimaiyyətinə çatdırmaqdır, ölkəmizin haqlı tərəf olduğunu göstərməkdir. Biz birmənalı qaydada torpaqlarımızın işğal olunmasını dünya ictimaiyyətinə çatdırırıq və beynəlxalq təşkilatlar qarşısında bu məsələni qoyuruq. Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında ölkə mediası üzərinə düşən missiyanı yerinə yetirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB