"Ermənistan Azərbaycana qarşı duruş gətirə bilməz" ÖZƏL-MÜNASİBƏT
“Aprel döyüşləri sübut etdi ki, Azərbaycan vətəndaşı vətənpərvərdir. Azərbaycan vətəndaşı və ordusu böyük müdafiə qabiliyyətinə və gücə malikdir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, biz hər zaman döyüşə hazır olmalıyıq və bunu da ermənilər açıq şəkildə bilməldirlər və bilirlər”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanda heç kəs Ermənistanın işğalçılıq siyasəti ilə barışmır və barışmayacaq: “Haqq və ədalət bizim tərəfimizdədir. Biz erməni terrorizmindən əziyyət çəkən ölkəyik. Azərbaycan mərhələli şəkildə, qarşısına qoyduğu strategiya əsasında bütün istiqamətlərdə erməni tərəfini üstələyir. Təbii ki, bu üstünlük sonda işğalda olan torpaqların azad edilməsi ilə nəticələnməlidir. Son zamanlar erməni tərəfinin həyəcan və təşviş içində olması və bunu gizlədə bilməmələri təsadüfi deyil. Bu gün Ermənistan Azərbaycana qarşı duruş gətirə bilməz. Təbii ki, bütün münaqişələrlə yanaşı bu məsələyə də geosiyasi kontekstdən baxılmalıdır. Elə ATƏT-in Minsk Qrupunda təmsil olunan böyük güclər də başa düşməlidirlər ki, Azərbaycan bölgədə sabitliyin, barışın, mehriban qonşuluq siyasətinin tərəfdarıdır. Azərbaycan səmimi tərəfdaşdır və təbii ki, Bakının tələbi ərazi bütövlüyünün bərpası, erməni işğalına son qoyulmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB