Tripolidə müqavimət daha ciddi olacaq" MÜHARİBƏ

Tripolidə müqavimət daha ciddi olacaq" MÜHARİBƏ

Tripoli uğrunda baş verən silahlı qarşıdurmalar nəticəsində ən azı 21 nəfər insan ölüb, 27 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə euronews məlumat yayıb. Hücumun dördünücü günündə feldmarşal Xəftərin rəhbərlik etdiyi Liviya milli ordusu paytaxtın ətrafında bir neçə yaşayış məntəqələrini nəzarətinə götürdükdən sonra paytaxt Tripoli ilə məsafə 10 km-ə qədər qısalıb. “Feldmarşal Xəlifə Xəftər ölkənin şərq hissəsinin faktiki rəhbəridir və o, apardığı əməliyyatlarını antiterror olaraq qiymətləndirib”, deyə məlumatda bildirilir.

Bu arada ölkənin qərbini, eləcə də Tripolini nəzarətində saxlayan, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumət qüvvələrinin rəhbəri Faiz Sarac qarşı tərəfi dövlət çevrilişi etməkdə ittiham etməklə yanaşı, həm də tribunalla hədələyib.

“Tərəflərin heç biri mülki əhalinin təxliyyəsi üçün BMT-nin iki saatlıq humanitar fasilə təklifini qəbul etməyiblər”, deyə qeyd olunur.

“Xəftərə sadiq ordunun motivizasiyası kifayət qədərdir, lakin real imkanlarına gələndə, bu elə də aydın deyil. Bu məsələ onların qarşısına güclə qoyulub? Bax, bu aydın deyil”, deyə sözügedən məsələyə “Center for Global Policy” politoloji mərkəzinin direktoru Kamran Boxari bildirib və qeyd edib ki, Xəftər ölkənin cənub-qərbini rahatlıqla ələ keçirib: “Lakin Tripolidə müqavimət daha ciddi olacaq. Bu, uzun müddətli münaqişəyə çevriləcək”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə