“İran tək Azərbaycan üçün deyil, bütün qonşuları üçün bəladır”-AÇIQLAMA
Bildiyimiz kimi, son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkədə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərirlər. İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş verən hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir və ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar. İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur.
Təbii ki, Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar. Bu və ya digər məsələlərə aydınlıq gətirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu bildirib ki, İran bir mərkəzdən idarə olunduğundan onun belə addımlar atması təsadüfi deyil, Azərbaycana qarşı deyilən sözlər onun dövlət siyasətidir. Onun sözlərinə görə, İran kifayət qədər nüfuzlu dini mərkəzidir və onun dövlət quruluşu elədir ki, burada dinlə dövlət birləşib. M.Əhmədoğlu vurğulayıb ki, İrandan Azərbaycana qarşı deyilən fikirlərə Azərbaycanın daxili işlərinə qarışması kimi qiymət vermək çox yüngül qiymətdir.
"Onlar çox ciddi şəkildə hazırlaşmışdılar ki, Azərbaycanın daxilində kifayət qədər ciddi bir dəyişiklik yaratsınlar. Sadəcə Azərbaycan xalqının dünyəvilik prinsipinin möhkəm olması, öz prezidentinin apardığı siyasətə inamının güclü olması, burada gedən uğurlu iqtisadi-inkişaf onların niyyətin iflasa uğratdı və onlar heç bir nəticə əldə edə bilmədilər. İran bizim daxilimizi özlərinin daxilinə qarışdırmaq istəyirlər, buna çalışırlar. İndi iflasa uğradılar, amma o demək deyil ki, onlar dayanacaqlar. Bundan da sonra müxtəlif adlarda bu işi davam etdirəcəklər", - deyə o əlavə edib.
Məktəblərin hicab məsələsinə gəlincə, politoloq vurğulayıb ki, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Demokratiya, insan hüquq və azadlıqlarının vətəndaş üçün olduğunu deyən M.Əhmədoğlu vurğulayıb ki, insan ancaq 18 yaşından sonra hüquq və azadlıqları onun üçün gərəkli və məcburi olur: "Demokaratiyanın insan azadlıqları ilə əlaqəsi ayrı məsələdir. Yəni Azərbaycanda demokratiya var ki, o demokratiyadan istifadə edib bizim daxilimizə uzanan əllərin qarşısı alınsın. Azərbaycanda insan azadlığı inkişaf edib ki, onlar mömin, hüquq azadlıq bilməyən çox saf mömin təbəqəni insan hüquq və azadlığı ilə qaldırır. Əgər bizdə də İrandakı kimi hüquqsuzluq, anti-demokratik cəmiyyət olsaydı, heç bir yad dövlət bizim içimizə qarışa bilməzdi. Bizdə demokratiya, insan hüququ var ki, İran bizim daxili işimizə qarışır".
Bütün bunların iki qonşu dövlət arasında münasibətlərə nə dərəcədə təsir edəcəyinə münasibət bildirən M.Əhmədoğlu qeyd edib ki, İranın normal yola getdiyi qonşusu yoxdur. Onun sözlərinə görə, onun heç bir qonşusu-Ərəb körfəsi dövlətləri ilə heç bir əlaqəsi yoxdur: "Ən yaxşı münasibətdə olduğu ölkə Ermənistandır. Amma arada görünür ki, onunla da normal qonşuluq edə bilmir. İran tək Azərbaycan üçün deyil, bütün qonşuları üçün bəladır. İran elə bir qonşu ölkədir ki, ondan bütün qonşuları əziyyət çəkir. Biz bunu nəzərə almalıyıq. Həm də nəzərə almalıyıq ki, İran heç vaxt qonşuları ilə rahat yola getməyəcək. Ona görə biz öz işimizi elə qurmalıyıq ki, hər zaman İranın təhdid, təhlükə və hədələrindən özümüzü müdafiə edə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB