"Satılmış adamlar istifadə edildikdən sonra lazımsız əşya kimi atılırlar" ÖZƏL-AÇIQLAMA

"Satılmış adamlar istifadə edildikdən sonra lazımsız əşya kimi atılırlar" ÖZƏL-AÇIQLAMA

"Separatçı, satqın Ələkrəm Hümmətov Azərbaycan əleyhinə fəaliyyət göstərən Fəxrəddin Abbasovun (Abozado) Bakıda həbs olunaraq haqqında cinayət işinin açılması faktına görə erməni mətbuatında Rusiyaya qarşı öz etirazını bildirib. Ələkrəm Hümmətovun "Rusiya bizi satdı" başlıqlı yazısı erməni saytlarında böyük hərflərlə tirajlanır. O, Azərbaycan satqınlarının Rusiyaya vicdanla xidmət etdiyini qeyd edərək Fəxrəddin Abbasovun təhvil verilməsini şiddətlə qınayıb". Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Fəxrəddin Abbasov uzun illərdir ki, Moskva və Yerevan arasında manevrlər edərək Azərbaycan əleyhinə ağlasığmaz böhtanlar deməklə dünya icitmaiyyətinin vətənimizə qarşı münasibəti dəyişmək istiqamətində fəaliyyət göstərib: "Onun fəaliyyətinin əsas istiqaməti Azərbaycanı bir neçə yerə bölmək üçün siyasi təbliğat olub. Çox təəssüf ki, xəyanət yolu üzərindən mühacirat yolu seçənlərin də sayı artıb. Nəsil şəcərəsi Azərbaycanla bağlı olan bəzi vətəndaşlarımız daha yaxşı həyat yaşamaq qarşılığında Qərbə mühacirət edərək etnik azlıqların nümayəndələrinin sıxışdırlması barədə şər-böhtan deyərək oturum almağa çalışırlar. Bir çox hallarda buna nail ola bilirlər. Hesab edirəm ki, bəzi etnik azlıq nümayəndələrinin bu bazarını bağlmaq üçün Avropada şərq tərəfdaşlığı çərçivəsində işlərin aparılması vacibdir. İnanıram ki, bu istiqamətdə iş apararaq müəyyən nəticələr əldə etmək olar. Dünən Avropa İttifaqı parlamnetinin şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq prinsiplərlə tanınmış sərhədlərin toxunulmazlığı barədə qəbul etdiyi rezalyusiya Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu rezalyusiya Avropa şərq tərəfdaşlığı istiqamətində fəaliyyimizi gücləndirmək üçün bir stimuldur.

Ələkrəm Hümmətovun axmaq düşüncələrin qurbanına çevirilənlər bu faktı beyinlərinə həkk etsinlər. Rusun, erməninin və başqa düşmən qüvvələrin “hay”ına-küyünə düşüb yurdunuzdan yuvanızdan, qohum və əqrabanızdan olmağınız bir yana, sonunda Fəxrəddin Abbasov kimi qəfəsə salınacağınız günü gözünüz önünə gətirin. Bütün satqınların taleyi eyni olur. Satılmış adamlar istifadə edildikdən sonra lazımsız əşya kimi atılırlar. Azərbaycan milli mənsubiyyətindən asılı olmayaraq hər birimizin vətənidir. Bu vətəni daha da genişləndirmək və böyütmək əvəzinə onu bölməyə cəhd edənlərin aqibəti belə olacaq. Xain qonşularımızın provakasiyasına uymayın, QARDAŞLAR!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə