20 Yanvar faciəsi ARDNŞ-da da yad edilir

20 Yanvar faciəsi ARDNŞ-da da yad edilir
Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar" faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən 21 il ötür. Bu ərəfədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bir sıra idarə və müəssisələrində faciə günü ilə bağlı silsilə tədbirlər keçirilir, şəhidlər yad edilir. Bu barədə SİA-ya Qurumun mətbuat xidmətindən məlumat verilib.

Bu günlərdə ARDNŞ-nin Ekologiya İdarəsində və Ekoloji Monitorinq Departamentində anım tədbirləri keçirilmiş, şəhidlərinin xatirəsi yad edilib. Çıxış edənlər 20 yanvar hadisələrinin baş vermə səbəbləri, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın o dövrkü sovet rəhbərliyinin törətdiyi cinayətlərin qurbanı olduğundan danışıblar. Bildirilib ki, 20 yanvar tarixi təkcə hüzn günü kimi deyil, həm də Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin rəmzi kimi qeyd olunmalıdır.Tədbir zamanı 20 yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə