Hu Szintao Ağ Evin qonağı olub
ABŞ prezidenti Barak Obama və onun çinli həmkarı Hu Szintao iki ölkə arasında fikir ayrılıqlarının qalmasına baxmayaraq, əməkdaşlığın güclənidirlməsinə söz verib. SİA-nın xəbərinə görə, dövlət başçıları prezident Hunun Ağ Evdə qarşılanması mərasimi zamanı danışıb. Prezident Obama hər iki ölkənin bir-birinin inkişafında maraqlı olduğunu vurğulayıb və deyib ki, ölkələr birlikdə işlədikdə tərəqqi yolunda daha da inkişaf edəcək və daha təhlükəsiz olacaq. Hu öz növbəsində ABŞ və Çinin birgə maraqlara malik olduğunu və birgə məsuliyyətləri bölüşdüyünü, fikir ayrılıqlarına baxmayaraq, ortaq fikirlərin taılmasının vacibliyini bildirib. O deyib ki, iki ölkənin əməkdaşlığı birgə ehtiram və birgə maraqlara xidmət etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə