Milli Məclisin Birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinə Ermənistan tərəfinin narahatçılıq keçirməsi məsələsinə münasibətini açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən Birinci vitse-spiker söyləyib ki, Azərbaycan ordusu tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunan, plan əsasında həyata keçirilir.
Azərbaycanın suveren dövlət olduğunu deyən komitə sədri bildirib ki, bu baxımdan ölkəmiz nə vaxt istəsə hərbi təlimlər keçirə bilər: “Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Digər tərəfdən Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki, işğalçıya hər zaman təzyiq göstərilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB