“Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas iki məqsədi var: birincisi, insanlar daha çox sevinsinlər, ikincisi, düşmənlər daha çox məyus olsunlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, bu gün xaricdə oturan, yaxud da Azərbaycan əleyhinə fəaliyyət göstərən, dövlət başçısını istəməyən, ölkəmizin uğurlu siyasətini qəbul etməyən insanların daha çox məyusluğu Azərbaycanın həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticələrini gözlərinin götürməməsi ilə bağlıdır: “Azərbaycanı istəməyən qüvvələrin narahatlığına və məyusluğuna baxmayaraq, bizim üçün əsas olan ölkə vətəndaşlarının daha yaxşı və təhlükəsiz yaşamasıdır. Hesab edirəm ki, Azərbaycanı istəməyən insanlar bu gün də var, dünən də var idi, sabah da olacaq. Biz daha da inkişaf etdikcə onların sayı arta da bilər. Çünki bizi gözü götürməyən bir çox qüvvələr var ki, Azərbaycan inkişaf etdikcə onların da fəaliyyəti aktivləşir və bir çox hallarda aqressivləşirlər. Azərbaycanın inkişafının əsas məqsədi bu antimilli qüvvələrin nə deməsindən və hərəkətindən asılı olmayaraq, ölkəmizi və onun vətəndaşını daim güclü etməkdir ki, bizi istəməyənlərin qarşısında daha güclü dayanaq və hücumlarını dəf edək. Bu hücumlar hər zaman olacaq, çünki biz müstəqil siyasət yürüdürük və Azərbaycanın öz yolu var. Bu gün Azərbaycanın resursları kifayət qədərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB