"Ankara S-400 hava müdafiə sistemi almaqdan imtina etməyəcək" - Ərdoğan

"Ankara S-400 hava müdafiə sistemi almaqdan imtina etməyəcək" - Ərdoğan

Ankara Rusiyadan S-400 hava müdafiə sistemi almaqdan imtina etməyəcək. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"S-400 üzərində işlərimizi tamamladıq, geri dönüş mümkün deyil. Ruslarla razılaşdıq və birgə istehsala başlayacağıq. S-400-dən sonra S-500 üzərində işləyəcəyik", - deyə Ərdoğan "360" və "24 TV"yə açıqlamasında bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Robert Palladino bildirib ki, Ankara Rusiyadan S-400 hava müdafiə sistemlərini alsa, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər. Onun sözlərinə görə, ABŞ-ın S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiyə müqaviləsinə münasibəti dəyişməyib.

"Türkiyənin bu sistemləri alması təşəbbüsü Vaşinqton üçün ciddi narahatlıq doğurur", Palladino qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə