Paşinyanın arvadı erməni jurnalistləri ələ saldı BÜDCƏMİZ PARALİZƏ OLACAQ

Paşinyanın arvadı erməni jurnalistləri ələ saldı BÜDCƏMİZ PARALİZƏ OLACAQ

“Düşünürəm ki, mənimlə Məryəm (böyük qızı) tərəfimizdən xərclənən pullar 100 min dollara qədər gedib-çıxacaq”. SİA xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan ərinin Brüsselə rəsmi səfəri zamanı qızı Məryəmlə brend mağazaları gəzmələri, ermənilərin diplomatik korpusunun onları müşahidə etmələri və bahalı alış-veriş etmələri ilə bağlı qəzetlərdə dərc edilən yazılarla bağlı fikirlərini sosial şəbəkədə bölüşərkən deyib.

Jurnalistləri ələ salan Akopyan istehzalı şəkildə bildirib: “Erməni dipkorpusu bizi müşahidə edərkən, paralizə olacaq, bizim israflarımıza görə büdcəmiz ciddi itkilərə məruz qalacaq və bütün bunlar ictimaiyyətdən gizlədiləcək. Hər kəsdən xahiş edirəm ki, əsəbləşməsin və səbrli olsun, belə ki, bu ciddi mövzudur ki, ona mütləq toxunacağam”.

Xatırladaq ki, ötən gün Ermənistanın “Hraparak” qəzeti Paşinyan Brüsselə ikigünlük səfəri zamanı özü ilə bərabər Anna Akopyan və qızı Məryəmi də aparıb. Belçikadakı fərdi mənbələrinə istinad edən erməni nəşrinin yazdığına görə, diplomatik korpus baş nazirin arvadını və qızını şənləndirmək üçün vaxtlarını bütünlüklə onlara sərf ediblər. “Sürücülər onları restoranlara və brend mağazalarına aparıblar, eyni zamanda, Anna Akopuanla Məryəmi nümayəndə heyətini müşahidə edən jurnalistlərdən gizlətməyə çalışıblar”, deyə “Hraparak” yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə