"İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər Ermənistanda qeydiyyata alınır"

"İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər Ermənistanda qeydiyyata alınır"

"Ermənistanın dövlət strukturları işğal olunmuş ərazilərdə qeyri-qanunu fəliyyəti dəstəkləyir, istehsal, ixrac və ticarəti açıq şəkildə təşviq edir. SİA-nın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: Üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bir çox hallarda işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər ya Ermənistanda qeydiyyata alınır, ya da offşor şirkətlərdir: "Bu şirkətlər işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyərlərlə məşğul olaraq, orada olan xammalı xarici ölkələrə ixrac edirlər. Mədən şirkətləri qanunsuz lisenziya alıb, ixrac siyasəti həyata keçirirlər. Bu fəaliyyərləri heç bir ölkə qanunu hesab etməməli və buna dəstək göstərməməlidir. Qeyri-qanuni fəaliyyətlər xənayət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub və həmin şirkətlər məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan sıx şəkildə beynəlxalq şirkətlərlə və beynəlxalq maliyyə institutları ilə çalışır".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə