"Azərbaycan əhalisinin 96 faizi müsəlmandır"

"Azərbaycan əhalisinin 96 faizi müsəlmandır"

"Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir". SİA-nın verdiyi məlumata görə, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru”adlı beynəlxalq konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib.

M.Qurbanlı bildirib ki, Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-i xristian dini icmasıdır.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır: "Qalan dini icmaların üzvlərinin Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər çür şərait yaradılıb. Azərbaycan müxtəlif dinlərin sivilzasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızn xarakterinə, tarixində əksini tapıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə