Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək İspaniyanın Qrenada şəhərinə səfərə gedir. SİA-nın xəbərinə görə, tədbirdə sosial şəbəkələrin insan hüquqlarına mənfi təsiri, media sahəsində yeniliklərin tətbiqi, milli mədəni irsin qorunması və bir sıra təşkilatı məsələlərə baxılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər martın 8-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB