"Azərbaycanın büdcəsi hər zaman sosialyönümlü olub" ÖZƏL-MÜNASİBƏT
“İlk öncə onu qeyd edim ki, Azərbaycanın büdcəsi hər zaman sosialyönümlü xarakterdə olub. Bunun səbəbi isə vətəndaşı qorumaq missiyasıdır. Yəni, dövlətin, cənab Prezidentin apardığı məqsədyönlü siyasətin qayəsi, prioriteti odur ki, insanların rifahı, həyat şəraiti günü-gündən yaxşılaşsın, yuxarı dinamika üzrə irəliləsin, inkişaf etsin”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, son dövlər atılan addımlar, verilən qərarlar da məhz həmin estafetin davamı kimi qiymətləndirilməlidir: “Bildiyiniz kimi maaşlar, pensiyalar, sosial müavinətlər, yaşayış minimumu dəfələrlə artıb. Bu isə dövlətin gücündən, iqtisadi möhkəmliyindən xəbər verir. Cənab Prezidentin son müşavirədəki çıxışı da həmin ruha köklənmişdi və söylənən bütün fikirlər faktlara, rəqəmlərə əsaslanırdı. Xalqa gələcək üçün, yaxın dövrlər üçün ünvanlanan mesaj da o həqiqətə yön alıb ki, yetərincə gücümüz var və iqtisadi zonada, spektrda Azərbaycan vətəndaşının rifahı, xoş güzəranı üçün gərəkən bütün addımlar mərhələ-mərhələ atılacaq.
Məlum istiqamətdə yetərincə qanunvericilik bazası da mövcuddur. Yeniləri də işlənilir. Cənab Prezidentin siyasi iradəsi ilə uzun illər boyunca güclü dövlətçilik bazası, iqtisadi sistem yaranıb. Həmin bazanın, sistemin imkan verdiyi maksimum hədd, maksimum imkan nədirsə hamısı vətəndaşın mənafeyinə uyğun formada, insanların qorunması istiqamətində səfərbər edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB