“Xaricdən ölkəmizə qarşı “söyüş kampaniyası”nın artıq bir neçə müddətdir davam etməsi bütövlükdə Azərbaycan xalqında çox böyük ikrah hissi doğurmaqla bərabər eyni zamanda xalqın hissiyatına çox ciddi təsir göstərən bir məqamdır. Biz hər zaman onun fərqindəyik ki, Azərbaycan xalqının milli dəyərləri, mentaliteti bütövlükdə heç bir söyüşü qəbul etmir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Onun sözlərinə görə, bütövlükdə söyüşdən istifadə edən hər bir insan bizim üçün kifayət qədər qınanılan, cəmiyyətin qəbul etmədiyi, rədd etdiyi insanlardandır: "Fikirləşirəm ki, bu xüsusi mərkəzdən idarə olunan, xüsusi göstərişlə və xüsusi plan şəklində həyata keçirilən bir kampaniyadır. Təbii ki, bunun arxasında Azərbaycanı istəməyən xarici qüvvələr, güclər durur. Düşünürəm ki, burada erməni lobbisinin böyük əli var. Bu həmin qüvvərlərin planlı şəkildə həyata keçirdiyi bir kampaniyadır. Çox təəssüf edirəm ki, bu kampaniyanı həyata keçirənlər “sapı özümüzdən olan balta”lardır. Bütövlükdə həmin “söyüş kampaniyası”na baxanda görürsən ki, bunlar hamısı xaricdən idarə olunur və xaricdə həyata keçirilir.
Ümumiyyətlə Azərbaycan ailəsində söyüş qəbuledilməz bir vasitədir. Onlar fikirləşirlər ki, bu cür üsulla azərbaycanlıların hissiyatına toxunmaq olar. Həmin şəxslər sadəcə olaraq saxta sənədlərlə Avropaya sığınmış satqınlardır. Əlbəttə ki, onlar mənəviyyatını itirmiş insanlardır. Hesab edirəm ki, bu cür addımlar zərərli terrordan başqa bir şey deyil. Hətta fikirləşirəm ki, onlar nə etdiklərinin fərqində deyillər. Vidadi İsgəndərli, Teymurxan Orduxan kimi digər mənəviyyatını itirmiş insanlar təəssüflər olsun ki, bu cür zərərli mübarizə üsulunu seçiblər. Onların Azərbaycanda da himayədarları var. Sosial şəbəkələrdə profillərin çox saxtadır. Bu insanların işi gücü yoxdur yoxdur və manyakdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB