Borc içində batan Ermənistan RƏSMİ STATİSTİKA

Borc içində batan Ermənistan RƏSMİ STATİSTİKA

Ermənistanın Statistika Komitəsi 2018-ci il üçün Ermənistanın sosial-iqtisadi göstəricilərini açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 31 dekabr 2018-ci il vəziyyətinə dair rəsmi statistikaya əsasən bu ölkənin borcu 6 milyard 922 milyon 895 min dollara çatıb. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 148 milyon 293 min dollar artıqdır. Eyni zamanda, 2017-ci ilin sonu ilə müqayisədə, 2018-ci ilin sonunda Ermənistanın dövlət borcu təxminən 38 milyon dollar artaraq 5 milyard 532 milyon 881 min dollara çatıb.

Komitə tərəfindən açıqlanan məlumatda bildirilir ki, keçən ilin 31 oktyabr tarixindən etibarən milli borc azalaraq 6 milyard 724 milyon 91 min ABŞ dollarına çatıb. Bir ay sonra, artıq 6 milyard 765 milyon dollar, dekabr ayında isə 6 milyard 774 milyon 602 min dollar olub.

2018-ci ilin sentyabr-dekabr aylarında ümumilikdə Ermənistanın dövlət borcu 199 milyon dollar artıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə