Ermənistanda H1N1 və H3N2-A qripi virusları aşkar edilib

Ermənistanda H1N1 və H3N2-A qripi virusları aşkar edilib

Son iki gündə qrip "A" xəstəliyi səbəbindən baş vermiş ölüm halları təsdiq olunub. SİA xəbər verir ki, Ermənistanın səhiyyə nazirliyinin mətbuat xidmətinin məlumatını Novosti-Armeniya saytı yayıb. “Sonuncu diqanoz məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə açıqlanacaq”, məlumatda bildirilir.

Qeyd olunduğuna görə, laborator araşdırmalar nəticəsində bəlli olub ki, respublikada H1N1 və H3N2-A qripi virusları aşkar edilib.

“Məktəblərdə və uşaq bağçalarında “epidemioloji filtirlər” fəaliyyət göstərməkdə davam etdirilir. Fevralın 4-ə olan məluma əsasən, qripə 120 uşaq (51-i Yerevanda, 69-u isə vilayətlərdə) yoluxub. Onlar evlərinə göndəriliblər”, deyə qeyd edilir.

“Vəziyyətin stabilləşməsinə baxmayaraq, Ermənistan xəstəxanalarında ağır vəziyyətli xəstələr qalmaqdadır. Onların xəstəlik barədə gec məlumat verdikləri bəlli olub”, deyə erməni saytı yazır.



Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə