Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün bu gün Türkiyənin İstanbul şəhərinə səfər edəcək. SİA-nın xəbərinə görə, Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, globallaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.
Vitse-spiker Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirləri açıqlayacaq, təkliflərini verəcək. Səfər fevralın 7-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB