Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə işgüzar səfəri çərçivəsində bu dövlətin baş naziri Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Küveyt arasında hökumətlərarası komissiyanın ilk iclasının nəticələri müzakirə edilib.
Əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin zəruriliyindən danışan tərəflər, komissiyanın qəbul etdiyi protokolda əldə edilmiş razılıqların bu prosesə təkan verəcəyi bildirilib. Şeyx Nasser ölkələr arasında uçuşların təşkil edilməsinin vacibliyini söyləyərək, neft şirkətləri arasında da əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Sonra baş nazir Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə maraqlanıb. E. Məmmədyarov hər iki məsələyə dair ətraflı məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB