Tükənməyən xəyanətlərdən doğan həqiqətlər TƏRS BAXIŞ

Tükənməyən xəyanətlərdən doğan həqiqətlər TƏRS BAXIŞ

Və ya Əli Kərimliyə yönələn ağır və real ittihamların ardı-arası kəsilmir

Əli Kərimlinin “xəmirinin” riya, xəyanətkarlıq üzərində yoğrulması faktları kifayət qədərdir və bu gün, AXCP sədrinin bədxah əməlləri barədə yazarkən, onun istər Azərbaycan dövlətinin maraqları əleyhinə, istərsə də cəbhədaşlarına qarşı oynadığı çirkin oyunları dəfələrlə xatırlanır. Maraqlısı da budur ki, iqtidara yaxın media qurumları onun barəsində ifşaedici faktları xatırladarkən, o və sosial şəbəkədəki trolları dərhal iqtidarın Ə.Kərimliyə qarşı “kampaniya” aparması barədə ittihamlar səsləndirilir. Ancaq gəlin-görək, bu həqiqətənmi belədir? Yaxud, hər hansı bir şəxsin cəmiyyət tərəfindən hədəfə götürülən xəyanətkarlıq əməlləri ittiham hədəfinə tuş gələrkən, bu ittihamların hakimiyyət tərəfindən təşkil edildiyini iddia etmək nə qədər doğru ola bilər? Axı, fakt həm də budur ki, illərdir AXCP sədrinin ətrafında olanlar daha çox ittihamlar edirlər ki, nəinki iqtidarda təmsil olunan şəxslər və hakimiyyətə yaxınlığı ilə seçilən media qurumları.

Əli Kərmlinin xəyanətkar davamçıları – Gözəl Bayramova, Fuad Qəhrəmanlı, Qənimət Zahid...

AXCP şinelıindən çıxmış yüzlərlə insanlar var ki, onlar Əli Kərilmini bütövlükdə müxalifətə zərbə vurmaqda, düşərgəni daxildən parçalamaqda, xüsusilə, “liderim” dediyi Əbülfəz Elçibəyə xəyanət etməkdə, onu çirkin, idbar kampaniyaları vasitəsilə gözdən salıb, sədrlik kreslosuna yiyələnməkdə suçlayırlar. Bütün bu suçlamalar isə əlahəzrət faktlara əsaslanır!

Yaxud, bu günün özündə, AXCP sədrinin mərhum Elçibəyin həyatına sui-qəsd etməsi ittihamı öz qüvvəsində qalmaqdadır və nəinki Əli Kərimlinin, eləcə də, bu gün onun xəyanətlərinə ortaq olan digər cəbhəçilərin də adları bu məsələlərdə hallanır – hazırda bəlli cinayət səbəbləri üzündən həbsdə olan Gözəl Bayramova, Fuad Qəhrəmanlı, eləcə də, Avropada “siyasi mühacir” adı altında gizlənib, anti-Azərbaycan fəaliyyəti göstərən Qənimət Zahid və sairləri. Yəni, bu adamların hər birində xəyanət xisləti təməlli olaraq formalaşıb və sübutlara əsaslanır.

Liderlərinin zəhərləndirilərək öldürülməsində bəlli olan bu adlar artıq öz təsdiqini tapıblar – xəyanətkaqlıq və simasızlıq təsdiqlərini. Bu gün onların boyunlarında Əbülfəz Elçibəyə qarşı törətdikləri sui-qəsdin ağırlığı mövcuddur!

Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: “Onun Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır”

Qayıdaq yenə Əli Kərimliyə. Bu gün onu ittiham edənlərdən biri də Vahid Millət Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri, Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevdir. Hələ bir müddət öncə onun mediaya çıxaraq, AXCP sədri Əli Kərimli barədə irəli sürdüyü ittihamları bu gün də öz qüvvəsində qalmaqdadır. Əbəs deyil ki, o “Əli Kərimli deyəndə, nədənsə "satqın" və "xəyanətkar" sözləri yada düşür. Diqqət versəniz görərsiniz ki, bu insan siyasi fəaliyyəti boyunca hamını öz şəxsi və siyasi maraqlarına qurban verib və hətta dostlarına belə xəyanət edib”, deyə Hürrü Əliyev bildirib. Belə ki, “Yurd” sədrinin xəyanətləri ilə bağlı kifayət qədər faktlar var. Onun sözlərinə görə, xəyanətkar Əli Kərimli hətta Əbülfəz Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu yerləşdirmişdi: “Mərhum Əbülfəz Elçibəyin otağından öz otağına dinləyici qurğu aparatı birləşdirməsi faktını hamı xatırlayır. Onun Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə son verilmədi. Bu, adi xəyanət deyildi, Milli Azadlıq Hərəkatının liderinə, saf və qəlbi təmiz bir insana qarşı yönəlmiş çirkin, ləyaqətsiz bir hərəkət idi. Əli Kərimli onu illərlə davam etdirdi. Bunu heç kim unutmayıb. Nə Elçibəy ailəsi, nə də elçibəyçilər”.

“Elçibəy ailəsi heç vaxt sağ ikən özünü, məzarı üstündə çirkin kampaniya apararaq ruhunu incidən Əli Kərimlinin arxasında dura, nankor ve xəyanətkar birini dəstəkləyə bilməz”

O, qeyd edib ki, Əli Kərimlinin Elçibəyə xəyanəti bu gün də davam edir. Xüsusilə, Elçibəyin ölümü və doğum günlərində onun məzarı başıma gedərək, şoular çıxarması diqqətdən yayınmayıb: “Elçibəy ailəsi heç vaxt sağ ikən özünü, məzarı üstündə çirkin kampaniya apararaq ruhunu incidən Əli Kərimlinin arxasında dura, nankor ve xəyanətkar birini dəstəkləyə bilməz. Bunu Əli Kərimli birdəfəlik bilməlidir”.

Görünən isə budur ki, artıq Əli Kərimlinin hansı oyunbazlıqlardan çıxması barədə təkrar-təkrar çıxan dəlillər. sübutlar onun tərəfindən heç rədd edilmir də. Çünki onun özü də yaxşı bilir ki, nə qədər alçaq işlərə imza atıb və bu gün həmin alçaqlıqlarının cavabını alır. Hər halda, təkrara biliyin anası olduğuna görə, AXCP sədri barəsində danışılan həqiqətlərdən təkrar-təkrar öz payını alacaq. Ta o zamana qədər ki, siyasətdən rədd olub-getməyənə qədər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə