"Sosial siyasət dövlətimizin sosial mahiyyətini birbaşa müəyyənləşdirir” ÖZƏL-ŞƏRH
“Dünyada Azərbaycan qədər sosial məsələlərin həllinə diqqət və vəsait ayıran başqa ölkələr yəqin ki çox deyil. Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyəti sistem və konsepsiya əsasında həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, ölkənin neft gəlirlərinin düzgün idarə olunmasını sosial sahədə görülən işlər aydın göstərir: “Məktəb, xəstəxana tikintisi, yolların salınması, kənd və qəsəbələrin abadlaşdırılması, ətraf mühitin qorunması, ekoloji tarazlığın qorunması, azətəminatlı insanların müdafiəsi, məşğulluq problemlərinin həlli, insanların mənzil təminatı və s. Prezidentin sosial siyasətinin əsas istiqamətləridir. Bu istiqamətlərin hər biri üzrə böyük uğurlar var və ən müxtəlif beynəlxalq reytinq siyahılarında buna lazımi dəyər verilir. Bu gün Azərbaycanda sosial siyasətin mühüm xüsusiyyətlərindən biri də onun fasiləsiz şəkildə və ölkənin artan iqtisadiyyatı və maliyyə ehtiyatlarına uyğun aparılmasıdır. Tək bir faktı Prezidentin sözləri ilə demək olar. Prezident İlham Əliyev çıxışlarının birində ölkədə yeni iş yerlərinin yaradılmasının iqtisadi inkişaf sürətinə və əhali artımının templərinə uyğun yaradıldığını bildirib. Bu o deməkdir ki, ölkədə əhali artdıqca buna uyğun olaraq yeni iş yerləri də yaradılır. Bu və digər arqumentlər sübut edir ki, Azərbaycanda sosial siyasət özünün ədalətliyi və humanitar xarakteri ilə də seçilir.
Sosial siyasətin istənilən istiqamətində bütün fəaliyyətlər insan həyatının asanlaşdırılmasına və daha rahat olmasına xidmət edir. Ölkədə vətəndaş məmnunluğunun bərqərar olmasında sosial siyasətin çox böyük rolu var. Cəmiyyət-hakimiyyət tandeminin möhkəmlənməsində də bu siyasət təsirli rol oynayır. Sosial siyasətin fərqli xüsusiyyətlərindən biri də onun çoxşaxəli xarakter daşımasıdır. Azərbaycanda təkcə sosial müdafiənin 30-dan çox növünün həyata keçirilməsi bunun sübutudur. Sosial siyasət dövlətimizin sosial mahiyyətini birbaşa müəyyənləşdirən istiqamətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB