Qaçqın və məcburi köçkünlər bələdiyyələrdən məhrum olublar

Qaçqın və məcburi köçkünlər bələdiyyələrdən məhrum olublar

“Bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub”. SİA xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

O xatırladıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz. Bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə