"Bu gün Azərbaycanın gücünü həm Ermənistan, həm qonşu ölkələr, həm də beynəlxalq təşkilatlar hiss edirlər. Azərbaycan beynəlxalq arenada böyük hörmətə malik olan ölkələr sırasına daxil olub”. Bu fikirləri SİA-ya açıqlamasında Veteranlar Şurasının sədr müavini polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, dünya ictimaiyyəti Azərbaycanı humanitar, beynəlxalq qaydalara əməl edən ölkə kimi tanıyır: “Artıq bütün dünya Ermənistanın işğal faktını anlayır. Belə olan halda, beynəlxalq təşkilatlar Ermənistanı əməlindən geri çağırmağa cəhd edir. Bütün bunlar 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş olacağını deməyə əsas verir”.
Polkovnikin sözlərinə görə, Ermənistanın 2019-cu ildə problemin həlli istiqamətində konstruktiv mövqe sərgiləməsindən başqa çıxış yolu yoxdur: “Əks halda, Azərbaycan işğal altında olan torpaqlarını hərbi yolla geri qaytarmaq məcburiyyətində qalacaq. Düşünürəm ki, bütün bunları anlayan Ermənistan təzyiq qarşısında dayana bilməyəcək. Buna onun həm iqtisadi, həm hərbi gücü, həm də sosial problemləri imkan vermir. Artıq Ermənistanın havadarları da onlara yardım etməkdən boyun qaçırırlar”.
C. Xəlilov qeyd edib ki, artıq Ermənistan xalqı ədalətsiz münaqişədə həlak olmasını istəmir: “Bu baxımdan düşünürəm ki, 2019-cu il münaqişənin həlli istiqamətində müsbət irəliləyişlərin olacağı ehtimalı böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB