“Beş nazirlik ləğv edilir, kültəvi ixtisarlar olacaq” OVANNİSYAN

“Beş nazirlik ləğv edilir, kültəvi ixtisarlar olacaq” OVANNİSYAN

Ermənistan hökumətinin rəsmi layihəsi əsasında Ermənistanda nəinki mədəniyyət və diaspora, eləcə də idman və gənclər nazirliyi, həmçinin energetik insfrasturkurlar və təbii resurslar, habelə kənd təsərrüfatı nazirlikləri də ləğv olunacaq. SİA xəbər verir ki, bunu parlamentin vitse-spikeri, Respublika partiyasının təmsilçisi Arpine Ovannisyan sosial şəbəkədə yazıb.

“Gözlənildiyi kimi, doğma hökumətimiz uzun müddət gözləməyə məcbur etmədi. Parlament seçkilərinin nəticələrinin bəyan edilməsindən üzərindən cəmi bir həftə keçər-keçməz hakimiyyət “Hökumət strukturlarının fəaliyyəti haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər etdi”, qeyd edən Ovannisyan bildirib ki, qanun layihəsinə görə, 5 nazirlik ixtisara salınaraq, digər nazirliklərlə birləşdirilir. O, layihənin iki birbaşa ağır nəticələrə gətirib-çıxaracağını deyib: “Birincisi, ilk növbədə ən ağır nəticələr dövlət qulluqçularının nəhəng işsizlər ordusuna çevrilməsi ilə bağlıdır. İnsanları yeni il ərəfəsində işsiz qoymaqla bizim “insanlıq üzərində orientasiya olunmuş” hökumətimiz növbəti dəfə sübut etdi ki, onun üçün doğru deyil, asan qərar vermək əhəmiyyətlidir. Bu, üç əsas təhlükədir ki, bu barədə mən və mənim həmkarlarım seçkiöncəsi kampaniya vaxtı danışırdıq. Lakin təəssüf ki, insanların böyük qismi Nikol Paşinyana inandılar və o, artıq bu gün bəyan edir ki, insanlar ixtisara düşəcəklərini bilə-bilə ona səs verdilər”.

Ovannisyan eyni zamanda bildirib ki, yeni ildən sonra digər dövlət qulluqçuları da yeni “sürprizlərə” hazır olmalıdırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə