Atasının qəbrini şəxsi maraqlarına “alət” edən “kişi” TƏRS BAXIŞ-ÖZƏL
Yaxud, Vidadi İsgəndərli barədə şok faktlar onun bu “peşəsini” sübuta yetirir
Artıq uzun müddətdir ki, mərhum atasının məzarı üzərində ən alçaq və rəzil oyunbazlıqlara gedən Vidadi İsgəndərli hələ də öz sərsəm iddiaları ətrafında “ajiotajlar” yaratmağa cəhdlər göstərir. Bu cəhdlərinin uğursuz və ictimai rəydə maraq doğurmadığını görən adıçəkilən ucuz məxluq indi çox çətin vəziyyətdədir. Belə ki, ona bu sifarişi verən müəyyən xarici dairələr V.İsgəndərlidən nəticə tələb edirlər. Lakin ortada heç bir nəticə yoxdur və çox yəqin ki, İsgəndərli həmin dairələrin diqqəti mərkəzindən çıxdaş olunacaq. Ortada qalanlar isə V.İsgəndərlinin doğma atasının məzarı üzərində oynadığı və heç bir mənəviyyata sığmayan oyunbazlığı, eyni zamanda ona qarşı istər ictimai rəydən, istərsə də qohum-əqrabasının hədsiz nifrətlərdir.
O, daha kimlərə agentlik edib?
Söz yox ki, ata qəbri üzərində murdar oyunbazlığa gedən bir ünsürdən bütün alçaqlıqları gözləməyə dəyər. Belə ki, bir müddət əvvəl onun hüquq-mühafizə orqanlarında çalışdığı zamanlar azyaşlı qızı İsmayıllı meşəsində zorlaması, içki düşkünü olması, həmçinin, həbs olunmuş insanlara qarşı amansız qəddarlığı barədə məlumatlar ictimailəşdirilmişdi.
Lakin həmin ünsürün şərəfsizlikləri bu faktlarla da bitmir. Misal üçün, V.İsgəndərlinin daha öncələr törətdiyi çirkin əməlləri bu gün də onu şəxsən tanıyanlar arasında hiddətlə qarşılanmaqdadır. Xatırlada bilərik ki, V.İsgəndərlinin Rusiyanın qaranlıq siyasi dairələrində agent kimi işləməsi barədə faktlar mövcuddur. Məsələn, bu gün BAXP sədri kimi fəaliyyət göstərən Qüdrət Həsənquliyevin vaxtilə V.İsgəndərliyə çoxsaylı yardımları olub və bu gün məhz Q.Həsənquliyev də onun söyüşləri hədəfinə tuş gəlməkdədir.
Hələ bir müddət əvvəl BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bu məsələyə aydınlıq gətirərkən, V.İsgəndərlinin nə qədər rəzil və şəxsiyyətsiz bir ünsür olduğunu tam çılpaqlığı ilə diqqətə çatdırmışdı...
Vaxtilə ona yaxşılıq edənləri təhqir edən də bu şərəfsizdir!
SİTAT: “Bu adamın hansı mənəviyyatın sahibi olduğunu deyim: Vidadi özü etiraf edir ki, həbsdə olanda Qüdrət bəy ona həbsxanaya pul göndərirmiş. Allah da bilir ki, Qüdrət bəy pulu onun ailəsinə verirdi. Heç yerdə işləməyən onun xanımı iki qız uşağı ilə köməksiz qalmışdı. Tutaq ki, Vidadi düz deyir. Darda olanda ona kömək etmiş bir adamı namussuz formada təhqir etmək hansı mənəviyyata sığır? Ölüm ayağında olan qardaşı Qalib bəyi təcili yardımla Göyçaydan Bakıya kim gətizdirdi? Onun müalicə xərclərini kim ödədi?! Ay mənəviyyatdan danışan, Qüdrət bəyin qapısının ağzında boynunu burub dayanmışdın. Salamlaşdıq, dedin ki, ölüncə Qüdrət bəyə borcluyam: "Qalibə dedim ki, qızlarının ikisini də Qüdrət bəy işə düzəltdi. O da dedi ki, Vidadi, sən ölüncə Qüdrət bəyə borclu olmalısan. Bundan sonra əllərini göyə qaldırıb, "İlahi, çox şükür" deyib əbədi gözlərini yumdu". İndi ləyaqətsizcəsinə onu təhqir edirsən…”
Əli Kərimli onu söyən Vidadini qucağında otuzdurub
Göründüyü kimi, naxələf və vicdan hissi olmayan V.İsgəndərli hətta ona yaxşılıq edən şəxsləri bir andaca söyüb-təhqir edir, onların ailələrinə, mənəviyyat və ləyaqətlərinə olmazın iftiralar ataraq, daxilindəki idbarlıqları üzə çıxarmış olur.
Daha bir məqam isə bu gün V.İsgəndərliyə necə deyərlər, “qaz verən” radikal müxalifət “liderləri” ilə bağlıdır. Hallbuki, V.İsgəndərli həbsdən çıxar-çıxmaz ilk növbədə AXCP Sədri Əli Kərimlini hədəfə alaraq, onu təhqir etməyə başlamışdı. Digər nüans isə, bu gün Ə.Kərimlinin onu sağına-soluna söyəni öz qucağında otuzdurmasıdır ki, əslində bu da onların bir-birlərindən fərqlənmədiklərini isbatlayır.
Vidadi İsgəndərlinin sabah-birigün özünü həm də fiziki şəkildə satlığa çıxarması barədə məlumatlar ictimailəşərsə...
Söz yox ki, ingilis bayrağı kimi sağa-sola əsən və xüsusi ayağısürüşkənliyi ilə seçilən bu ünsür üçün əsas məsələ maliyyədir. Daha dəqiq desək, özünü haraya, kimə və neçəyə gəldisə satan V.İsgəndərlinin hətta qardaşının yaspulunu da mənimsədiyi agah olub.
Bu barədə yenə də N.Orduxanlının dediklərini xatırlamaq olar: “…Sən o qədər ləyaqətsiz adamsan ki, qardaşının yası üçün Qüdrət bəyin verdiyi pulu basıb yemişdin, qardaşının ailəsinə bir qəpik də verməmişdin. Biz bunu təsadüfən ailə üzvlərindən öyrəndik”.
Beləliklə, faktlar da təsdiq edir ki, V.İsgəndərli üçün insana, kişiliyə xas olan heç bir dəyər mövcud deyil. Hətta ən ucuz bar fahişələri belə, ondan namuslu və təmizdirlər. Bu baxımdan, əgər V.İsgəndərlinin sabah-birigün özünü həm də fiziki şəkildə satlığa çıxarması barədə məlumatlar ictimailəşərsə, bundan kimsə təəccüblənməməlidir. Çünki o, bu yola çoxdan çıxıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB