Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzlərdən sayca 6-cısı-Sabirabad rayon perinatal mərkəzinin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunan mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulub.
Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunub. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılıb. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.
Xatırladaq ki, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba perinatal mərkəzləri artıq fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB