Danimarkanın kəşfiyyat xidməti terror hücumu hazırlayan dörd nəfəri həbs edib
Danimarkanın kəşfiyyat xidməti Məhəmməd peyğəmbərin karikaturasını dərc etdirən "Jyllands-Posten" qəzetinin əleyhinə terror hücum hazırlayan dörd nəfəri həbs edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, agentliyin rəhbəri Yakob Şarf şübhəlilərdən bəzilərini İslamçı yaraqlılar kimi təsvir edib.
Onun sözlərinə görə qrup nəşriyyat binasına daxil olaraq mümkün qədər çox insan öldürməyi planlaşdırırdı. Rəsmilər həbsə alınanlardan üç nəfərin qonşu İsveçin sakinləri olduğunu qeyd ediblər.
"Jyllands-Posten"in bir neçə il əvvəl Məhəmməd peyğəmbərin karikaturasını nəşr etməsi dünyadakı müsəlman ictimayyətinin nümayişlərinə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB