Tramp “Twitter”dən açıqladı: "ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaq"
ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, Donald Tramp özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.
ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.
Telekanal Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğunu qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB