Gürcüstanın kütləvi informasiya vasitələri ermənilərin gürcü tərəfinə kilsə iddialarından əl çəkmədiyinə dair məlumatlar yayıblar. SİA-nın xəbərinə görə, Gürcüstanda geniş yayımlanan "Axali taoba" ("Yeni nəsil") qəzetinin yazdığına görə, erməni katolikosu II Qaregin bu işdə xüsusi fəallıq göstərir. O, Tbilisiyə səfər edib bununla əlaqədar kəskin bəyanat vermək niyyətindədir. Qəzetin yazdığına görə, Gürcüstan patriarxlığı məsələ ilə əlaqədar şərhdən yayınır və mübahisəni kəskinləşdirmək istəmir. Lakin II Qaregin Gürcüstana səfər edib bəyanat versə, gürcü ictimaiyyətinin nümayəndələri də ondan 1991-ci ildə Abxaziyada gürcülərə qarşı xüsusi qəddarlıq göstərmiş və əsasən ermənilərdən komplektləşdirilmiş Baqramyan adına batalyonun hərəkətlərinə görə üzr istəməsini tələb edəcəklər.
Qəzetin bildirdiyinə görə, Ermənistanın din xadimi ilə yanaşı, erməni alimləri və tədqiqatçıları da Gürcüstanda guya bir neçə kilsənin ermənilərə məxsus olduğunu təsdiq etməyə çalışırlar. Onlar rəsmi Tbilisini erməni mədəniyyətinə qarşı soyqırımı siyasəti yeritməkdə günahlandırırlar. Erməni alimlərinin bu yaxınlarda nəşr etdirdikləri topluda Tbilisidəki kilsələrin çoxunun ermənilərə məxsus olduğu iddia edilir. Hətta erməni tarixçilərindən biri daha irəli gedərək Tbilisidə cəmi bir neçə il əvvəl tikilib istifadəyə verilmiş "Sameba" ("Müqəddəs üçlük") kilsəsinin Eçmiədzinin surəti olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB