Salome Zurabişvilinin inaqurasiya yeri bəlli deyil Ultimatum qüvvədədir
Gürcüstanın prezidenti seçilmiş Salome Zyrabişvilinin inaqurasiya mərasiminin ölkənin hansı şəhərində keçiriləcəyi bəlli deyil və bu haqda qərar verilməyib. SİA xəbər verir ki, bu barədə IPN agentliyi qeyd edib. Bildirilir ki, 59% səslə prezident seçilmiş Zurabişvilinin inaqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.
Xatırladılır ki, bundan öncə Georgi Marqvelaşvili və Mixail Saakaşvilinin inaqurasiya mərasimləri Tbillisidə yerləşən parlament binasının həyətində keçirilib.
Qeyd edək ki, inaqurasiya günü, yəni dekabrın 16-da birləşmiş müxalifətin seçkilərin nəticələrinin ləğv edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələblərinin son günüdür. Bu ultimatum müxalifət tərəfindən dünən keçirilən mitinqdə irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB