Bəzi xatırlatmaları etmək yerinə düşərdi
Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında baş vermiş qrant savaşı ilk qarşıdurma deyil və belə savaşlar digər “avropalı mühacirlər” arasında da baş verib, özü də dəfələrlə. Ümumiyyətlə, qrant savaşları aparan şəxslər arasındakı münasibətlərin əsas məğzi də məhz pul üstündədir. Daha dəqiq desək, onlar siyasət pərdəsi altında dövlətin maraqları əleyhinə müxtəlif layihələr – misal üçün, sosial şəbəkələrdə canlı yayımlar, qruplar yaratmaq və s. kimi məsələləri reallaşdırmaqla qrantlar alırlar. Bu qrantları isə onlara xarici təşkilatlar, xüsusilə Qərb təşkilatları ödəyir. Əbəs deyil ki, Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında 80 min avroluq qrant savaşı da bu kimi məsələləri ehtiva etməkdədir. Onların erməni lobbisinin himayəçiliyi ilə fəaliyyət göstərən xarici dairələr qarşısında baş verən rüsvayçı pul-para savaşları bir daha hansı “siyasi məzhəbə” nökərçilik etmələrini sübuta yetirmiş olur.
Emin Milli ilə Əli Kərimli-Cəmil Həsənli qarşıdurmasının gerçək mahiyyəti nə olub?
Beləliklə, belə dava-dalaşlar birinci dəfədir ki, baş vermir. Məsələn, bir müddət öncə, Meydan TV-nin rəhbəri Emin Millinin "müxalifət marginallaşıb” ifadəsini xatırlaya bilərik. Onun bu sözləri heç də müxalifəti tənqid etmək olmayıb və bu sözlər bilavasitə qrant bölgüsündə yaranmış ziddiyyətlərdən yaranıb. Çünki buna qədər, AXCP sədri Əli Kərimlinin və “Milli Şura” sədri Cəmil Həsənlinin tərəfdarları Emin Millini ayrılan qrantları təkbaşına mənimsəməkdə ittiham etmişdilər. Nəticədə Emin Millinin ətrafında olan "mühacir fəallar” isə Meydan TV-də Cəmil Həsənli və Əli Kərimliyə qadağa qoymaması ilə bağlı ittihamlara qarşılıq veriblər. Hər iki tərəfin sosial şəbəkədə "virtual savaşı” isə həmin ərəfələrdə də, indiki kimi bir çox mətləblərə aydınlıq gətirmişdi. Yəni, mahiyyət etibarilə qrant savaşı hər yerdə qrant savaşıdır və bu kimi zümrələrdə qeydə alınan qarşıdurmalar, təhdid və təhqirlər də həmin məsələlərdən doğur.
Xədicə İsmayıl-Sevinc Osmanqızı savaşının görünən tərəfi və AXCP...Aslan İsmayılov...Qurban Məmmədov...
Daha bir qrant qarşıdurmasını xatırlaya bilərik. Bu ziddiyyət isə Xədicə İsmayılla “Amerikanın səsi”ndə Azərbaycan dövləti əleyhinə çıxışlar edən Sevinc Osmanqızı arasında baş verib. Davaya çıxan Xədicə İsmayıl Sevinc Osmanqızını Meydan TV-nin direktoru olmağa çalışmaqda ittiham edib, eyni zamanda Sevinc Osmanqızının internet üzərindən hazırladığı verilişlərin sponsorunun eks-spiker Rəsul Quliyev olduğunu iddia kimi irəli sürüb. O da qarşı tərəfi qrantları təkbaşına yeməkdə suçlayıb.
Əli Kərimli-Qənimət Zahidin 175 min avroluq “boğuşması”
Digər bir qarşıdurma isə AXCP üzvləri ilə “hüquq müdafiəçisi” Aslan İsmayılov və Qurban Məmmədov arasında yaranmışdı. Burada da maraqlı tərəflər biri-birini müxtəlif siyasi qruplara yönəlik fəaliyyət göstərməkdə və qrantları payaşmamaqda ittiham ediblər. Nəticədə bütün bunlar həm də onu deməyə əsas verib ki, "demokratiya, söz və fikir azadlığı”ndan danışanlar heç də ümumi məqsədə, “siyasi əqidəyə” xidmət etməyiblər və bundan sonra da etmək fikrində olmayacaqlar.
Son olaraq bir il öncə 175 min avroluq qrantla bağlı Əli Kərimli ilə Qənimət Zahid arasında konflikt barədə məlumatlar yayılmışdı və bu ciddi faktlarla mətbuata açıqlanmışdı. Hətta onların qrant üstündə savaşları “boğuşma” kimi də təqdim edilmişdi.
Leyla Yunusla Emin Hüseynov arasında da savaş baş qaldırıb
Yeri gəlmişkən, qrant qapışmaları arasında “Sülh və Demokratiya İnstitu”nun Hollandiyada yaşayan rəhbəri Leyla Yunusun hansısa dairələrdən kitab yazmaq üçün küllü miqdarda pul alması elə ona yaxın insanlar tərəfindən sosial şəbəkədə tənqid edildiyinin şahidi olmuşduq. Məhz onda da zamanında onunla birgə olmuş “hüquq müdafiəçisi” Emin Hüseynov arasında kəskin qarşıdurma yaşanmışdı. Bütün bunlardan isə belə bir qənaətə gəlmək olar ki, bu kimi ünsürlər arasında baş verənlər əslində “yorğan”, yəni qrant davasıdır. Bütün bu faktlar sübuta yetirir ki, belə insanlar üçün dəyərlər, ideoloji faktorlar yoxdur və onlar qrantları bölüşdürə bilmədikləri üçün indi biri-birilərini sözün əsl mənasında qırırlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB