Bır sıra dövlət başçıları İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər

Bır sıra dövlət başçıları İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Bolqarıstan Prezidenti Georgi Pırvanov, Dağıstan Prezidenti Maqomedali Maqomedov, Moldova Prezidentinin vəzifəsini icra edən Mixay Gimpu, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Latviya Prezidenti Valdis Zatlers, Özbəkistan Prezidenti İslam Kərimov, Kabardin-Balkar Prezidenti Arsen Kanokov, İnquşetiya Prezidenti Yunusbek Yevkurov, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jak Diuf, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev və MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Mixail Krotov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

SİA-nın xəbərinə görə, Dövlət başçıları İlham Əliyevə ən xoş təbriklərini yetiriblər, cansağlığı, səadət, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə