Paşinyan əsgərlərə hansı minnəti qoyub? "168 JAM"

Paşinyan əsgərlərə hansı minnəti qoyub? "168 JAM"

Erməni nəşri “168 jam” qəzetinin yazdığına görə, işğal altında olan Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçən erməni əsgərləri öz valideyinlərinə və yaxınlarına zəng edərək bildirirlər ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində onları Ermənistanın Gorus və Qafan şəhərlərinə aparacaqlar. SİA erməni qəzetinə istinadən xəbər verir ki, əsgərlər bu şəhərlərdə öz yaxınları və qohumları ilə görüşə biləcəklərini qeyd ediblər.

“Əsgərlər öz valideyinlərinə deyiblər ki, bunu Nikol Paşinyan yalnız bir şərtlə təşkil edib. Belə ki, onlar yalnız “Mənim addımım” seçki blokuna səs verməlidirlər”, deyə erməni qəzeti yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə