Prezident Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyib
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyiblər.
SİA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ceyranların tarixi məskənləri sayılan ərazilər və bu sahədə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxdı.
Prezident İlham Əliyev ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış oldu.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Cəngiçay-Qobustan yasaqlığının ərazisinə buraxdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB