"Rusiya ilə Ukrayna arasında ziddiyyətlər əvvəldən başlayıb" ÖZƏL-MÖVQE

"Rusiya ilə Ukrayna arasında ziddiyyətlər əvvəldən başlayıb" ÖZƏL-MÖVQE

“Ümumiyyətlə Rusiya ilə Ukrayna arasında ziddiyyətlər lap əvvəldən başlayıb. Ona görə də bu proseslər hazırda Qərbin dəstəyi ilə Ukrayna və Rusiya arasında davam edir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, Rusiya bu məsələdə nisbətən zəifdir: “Çünki Rusiyaya qarşı yeni embarqolar qoyula bilər. Yəni bu məsələdə Ukrayna tək deyil. Ona görə də gələcəkdə Qərbin Rusiyanı, yoxsa Rusiyanın Qərbi üstələməsindən asılı olmayaraq Ukrayna məsələsi bu yöndə inkişaf edə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə Türkiyədən başqa dəstək verən heç bir qurum yoxdur. Ona görə də biz bu məsələdə çoxlu problemlərlə üzləşirik və öz gücümüzə bu problemi tədricən həll edirik. Amma Ukraynanın arxasında Rusiyanı çökdürmək ümün bütün qərb dayanıb. Ona görə də bu məsələ Ukrayna ilə Rusiya arasında deyil, Qərb və Rusiya arasındakı ziddiyyətlərdir. İnşAllah sonrakı prosesləri biz yaxın gələcəkdə görəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə