Rusiya, İran, Türkiyə İdlibdə baş verənlərdən narahatlığını bildiriblər

Rusiya, İran, Türkiyə İdlibdə baş verənlərdən narahatlığını bildiriblər

Rusiya, İran, Türkiyə Astanada Suriya ilə bağlı keçirilən konfransdan yaydıqları ortaq bəyanatda İdlibdə baş verənlərdən narahatlıqlarını ifadə diblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər üç ölkə hərbi rejimin davam etdirilməsi ilə əlaqədar narahatlıqlarını ifadə edib, İdlibdə rejiminin bərqərar olması üçün səyləri artıracaqlarını, bu istiqamətdə birgə fəaliyyətlərini daha da yaxşılaşdıracaqlarını bildiriblər.

Astana prosesinə zəmanət verən ölkələri eyni zamanda açıqlayıblar ki, İdlibdə baş verənlərin Suriyanın suverenliyini pozmamalıdır.

Qeyd olunur ki, Suriya ilə bağlı növbəti beynəlxalq görüş 2019-cu ilin fevral ayında Astanada keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə