Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Kvemo Kartli bölgəsində qarşıdurma yaranıb. SİA xəbər verir ki, qarşıdurma rayonun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra baş verib.
Bildirilib ki, müxalif “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları seçki məntəqəsində səslərin hesablanması başa çatdıqdan sonra yekun protokolunun bir nüsxəsini tələb ediblər. Lakin seçki məntəqəsinin sədri protokolun bir nüsxəsini müxalifətə verməkdən imtina edib. Müxalifət protokolların “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının nümayəndələri tərəfindən götürüldüyünü iddia edib. Bundan sonra məntəqə üzvləri ilə müxalifət nümayəndələri arasında qarşıdurma başlayıb. Tərəflər bir-birinə qarşı güc tətbiq ediblər.
Hazırda seçki məntəqəsi ətrafında Q.Vaşadzenin tərəfdarları toplaşıblar. Onlar protokol qaytarılmayanadək məntəqədən uzaqlaşmayacaqlarını bildiriblər.
Hadisə yerinə polis cəlb olunub.
Müxalif partiyanın tərəfdarları ilə polis arasında mübahisə və qarşıdurma yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB